ABŞ əfqan qaçqınların qəbulunu dayandırdı - Bu xəstəliyə görə
11-09-2021, 00:31
"Əfqanıstan köçkünləri arasında qızılcaya 4 yoluxma halı müşahidə edilib. Buna görə də ABŞ əfqan qaçqınlarının qəbulunu dayandırıb". Bu barədə Ağ Evin sözçüsü Cen Psaki bildirib.Onun sözərinə görə, uçuşlar müvəqqəti dayandırılıb. Onun sözlərinə görə, ABŞ -a gəldikdən sonra qızılca diaqnozu qoyulan əfqanlar karantinə alınır və həkimlərin nəzarəti altında saxlanılır.
Qeyd edək ki, ABŞ üçüncü ölkələrdəki keçid düşərgələrində aparılan yoxlamalardan sonra minlərlə əfqan qaçqını qəbul edir.