Təyyarələri də götürüb “Taliban”dan qaçmışdılar:ABŞ onlara da yer verdi
12-09-2021, 14:11

Amerika Birləşmiş Ştatları Əfqanıstanda “Taliban”ın qələbəsindən sonra ailələri ilə birlikdə 40 -dan çox hərbi təyyarə və vertolyotu qaçıraraq özbəksitana aparan Hərbi Hava Qüvvələrinin pilotlarını müvəqqəti olaraq qəbul etməyə hazırdır.
Cebhe.info “The Wall Street Journal”a istinadən bildirir ki, Amerika Birləşmiş Ştatları ilə Özbəkistan hakimiyyəti arasında müvafiq razılaşma əldə edilib.
Həm ekipaj üzvləri, həm də yaxınları daxil olmaqla ümumilikdə 585 nəfər həmin təyyarələrlə Özbəkistana qaçıb. Onlar Amerikaya məxsus “Blak Havk” helikopterlərini, PC-12 müşahidə təyyarələrini və Rusiyanın Mi-17 vertolyotları da daxil olmaqla 46 hava nəqliyyatı vasitəsini aparıblar.
Pilotlar ailələri ilə birlikdə Qətərin Doha şəhərində yerləşən ABŞ hərbi bazasına aparılacaq. Oradan daimi olaraq başqa ölkələrə göndəriləcəklər.
Qəzetin qeyd etdiyi kimi, bu əfqan qrupundan hansısa birinin ABŞ -a gəlib -getməyəcəyi bəlli deyil. Həm də Özbəkistandaki təyyarə və helikopterlərin taleyi məlum deyil.
“WSJ” -nin məlumatına görə, “Taliban” Özbəkistana pilotları və onların avadanlıqlarını Kabilə təhvil verməsi üçün təzyiq göstərib. Ancaq ABŞ əfqanların geri qayıtdıqları halda öldürüləcəklərindən qorxur.