ABŞ nəşri “Su-75”dən yazdı:Üstünlüyü nədir?

12-09-2021, 14:17           
ABŞ nəşri “Su-75”dən yazdı:Üstünlüyü nədir?
“Yeni yüngül taktiki Su-75 “Checkmate” təyyarəsinin üstünlükləri avadanlıq və rəqabətqabiliyyətlidir”.

Cebhe.info xəbər verir ki, bu barədə amerikalı köşə yazarı Mark Episkopos “The National Interest” qəzetində dərc etdirdiyi məqaləsində yazıb.

Jurnalist beşinci nəsil qırıcının digər üstünlüklərini də qeyd edib: “Məsələn, saatda 1900 kilometrə qədər sürətə çata bilir və döyüş radiusu üç min kilometrdir. Bundan əlavə, Su-75 “Checkmate” ikinci mərhələ mühərrik və müasir şüşə kabinə ilə təchiz edilib.

“Su-75”-in çəkisi yeddi tondan çoxdur və bu da ona orta və yaxınmənzilli RVV-MD və RVV-SD raketlərini daşımağa imkan verir”,-deyə jurnalist vurğulayıb.

Qeyd edək ki, Sənaye və Ticarət Nazirliyinin rəhbəri Denis Manturov sentyabrın əvvəlində Rusiyanın beşinci nəsil “Su-75” qırıcısının xarici sərmayə cəlb etmədən yaradılacağını söyləyib. Onun sözlərinə görə, artıq Sənaye və Ticarət Nazirliyinin proqramlarının və “Rostex” və United Aircraft Corporation (UAC) büdcədənkənar fondlarının iştirakı ilə bir büdcə tərtib edilmişdir. Bildirək ki, “Checkmate” və “Su-75” kimi tanınan yüngül taktiki təyyarənin yaradılmasında xarici ölkələrin iştirakı istisna edilmir.

Sevinc Tapdıqqızı
Cebhe. info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru