Belarus Rusiyadan milyard dollarlıq silah alacaq

12-09-2021, 18:05           
Belarus Rusiyadan milyard dollarlıq silah alacaq
Belarus Rusiyadan ümumi dəyəri 1 milyard dollardan artıq olan silah-sursat almağı planlaşdırır.

Bunu Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib.

O, həmçinin S-400 komplekslərinin alınması perspektivlərinin müzakirə olunduğunu bildirib.

Dövlət başçısının sözlərinə görə, hazırda S-300 sistemləri ölkənin Qərb istiqamətini tam olaraq qoruyur. Lakin artıq Cənub istiqamətindən də təhdidlər meydana çıxıb.(oxu.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.