ABŞ prezidenti sosial media istifadəçilərinin qəzəbinə səbəb olub

13-09-2021, 00:09           
ABŞ prezidenti sosial media istifadəçilərinin qəzəbinə səbəb olub
ABŞ prezidenti Co Baydenin həyat yoldaşı Cillin çıxışı zamanı naməlum istiqamətə getməsi ilə bağlı yayılan video sosial media istifadəçilərini qəzəbləndirib.

Bu görüntülər “C-SPAN” telekanalı tərəfindən yayımlanıb.

Ağ Evin rəhbəri və birinci xanım şagirdlər və valideynlərlə koronavirus pandemiyası və peyvəndləri müzakirə etmək üçün Vaşinqtondakı bir məktəbə gediblər. Həyat yoldaşının çıxışı zamanı onun yanında dayanan prezident birdən arxaya dönüb və uzaqlaşıb. Bir müddət sonra yenidən Cillə yaxınlaşıb.

Bəzi sosial media istifadəçiləri bu jesti qadına qarşı ictimai təhqir hesab ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru