Britaniyada COVID pasportları tətbiq edilməyəcək

13-09-2021, 00:06           
Britaniyada COVID pasportları tətbiq edilməyəcək
Böyük Britaniya hökuməti koronavirus əleyhinə peyvəndin vurulmasını təsdiq edən pasportların tətbiq edilməsinə razılıq verməyib.
Modern.az “BBC” telekanalına istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Səhiyyə naziri Sacid Cavid məlumat verib.
İngiltərədə bu ayın sonunda gecə klublarına və ictimai tədbirlərə daxil olmaq üçün COVID pasportlarının tələb edilməsi haqqında qərar verilməsi gözlənilirdi. Ancaq təklif bəzi millət vəkilləri tərəfindən tənqid edildi və bu təklifin ayrı-seçkilik yaratdığı bildirildi.

“Sadəcə pasportlar olsun deyə həmin peyvənd pasportları tətbiq etməməliyik. Bu planların ləğv edildiyini bildirməkdən məmnunluq duyuram”, - deyə Cavid qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru