ABŞ-da güclü yanğında beş nəfər ölüb

14-09-2021, 00:57           
ABŞ-da güclü yanğında beş nəfər ölüb
Hadisə nəticəsində ölənlərin şəxsiyyəti dəqiqləşdirilir

ABŞ-ın Ohayo ştatının Akron şəhərində yerləşən fərdi yaşayış evlərinin birində baş verən yanğın zamanı beş nəfər ölüb, daha dörd nəfər xəsarət alıb.

AYNA xarici mətbuata istinadən xəbər verir ki, xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.

Ehtimal olunur ki, onlar qohumdurlar. Məhkəmə tibbi ekspertizasının verdiyi məlumata görə, ölənlər arasında 3 uşaq da var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.