Yaponiyada 6,2 bal gücündə zəlzələ baş verib

14-09-2021, 08:04           
Yaponiyada 6,2 bal gücündə zəlzələ baş verib
Yaponiyanın mərkəzi hissəsində 6,2 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi bildirib.

Məlumata əsasən, zəlzələnin episentri İbaraki prefekturasında, ocağı 450 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib. Yeraltı təkanlar Çiba, İbaraki və paytaxt bölgəsi də daxil olmaqla ölkənin mərkəzi hissəsində hiss edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.