SON DƏQİQƏ: "Taliban" lideri öldürüldü... - Prezident sarayına hücum

14-09-2021, 15:15           
SON DƏQİQƏ: "Taliban" lideri öldürüldü... -
Əfqanıstanda idarəçiliyi ələ keçirən "Taliban" rejiminin daxilində parçalanma yaşanır.

Redaktor.az xəbər verir ki, hakimiyyət uğrunda mübarizənin silahlı toqquşmaya keçdiyi deyilir. Belə ki, bir neçə gün öncə "Taliban" liderlərindən Molla Abdul Qəni Bəradərin tərəfdarları ilə "Haqqani" qruplaşması arasında atışma baş verdiyi, nəticədə Bəradərin öldürüldüyü iddia edilir.

Mövcud hökumətin tərkibi ilə razılaşmayan "Haqqani"lər Prezident sarayına hücum ediblər.

"Taliban" isə deyilənlərin yalan olduğunu, Molla Abdul Qəni Bəradərin hazırda Qəndahar şəhərində olduğunu açıqlayıb. Bunu sübut etmək üçün isə 15 dəqiqəlik səs yazısı təqdim edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru