Britaniyanın yeni xarici işlər naziri təyin edildi

16-09-2021, 00:04           
Britaniyanın yeni xarici işlər naziri təyin edildi
Elizabet Trass Böyük Britaniyanın yeni xarici işlər naziri təyin edilib. Bundan əvvəl o, beynəlxalq ticarət naziri olub.

Xarici KİV-lər xəbər verir ki, xarici işlər naziri Dominik Raab Əfqanıstanla bağlı qalmaqal səbəbindən istefaya gedib.

Raab Əfqanıstan böhranının qaynar vaxtında, Britaniya vətəndaşlarının Kabildən çıxarılması zamanı Yunanıstanda tətildə olub. Nəticədə Raab tənqid atəşinə tutulub. Xüsusilə leyboristlər və Liberal Demokratlar onun xarici işlər naziri vəzifəsindən uzaqlaşdırılmasını tələb ediblər.

Böyük Britaniyanın Baş naziri Boris Consunun qərarı ilə Raab ədliyyə naziri təyin olunub. Eyni zamanda o, Baş nazirin müavini kürsüsünü alıb. Consonun undan əvvəl müavini olmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru