SAAKAŞVİLİ YENİDƏN HÜQUQ-MÜHAFİZƏ ORQANLARINA MÜRACİƏT ETDİ - "Qanunsuz əmrləri yerinə yetirməməlisiniz"

16-09-2021, 15:45           
SAAKAŞVİLİ YENİDƏN HÜQUQ-MÜHAFİZƏ ORQANLARINA MÜRACİƏT ETDİ -
"Gürcüstanda baş verən qalmaqalların işığında, xüsusən də hüquq-mühafizə orqanlarımızın əməkdaşlarına, polis əməkdaşlarına müraciət etmək istərdim”.

Qafqaz.media xəbər verir ki, bu haqda Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Facebook səhifəsində yaydığı video müraciətində bildirib.

"Qanunsuz əmrləri yerinə yetirməməlisiniz",- deyə hüquq-mühafizə orqanlarına müraciət edən Saakaşvili, ölkə vətəndaşlarına bir sıra vədlər verib:

“Bütün polis əməkdaşlarının bank borcları silinməli və pensiya 1000 lari olmalıdır”.

Eks-prezident onu da qeyd edib ki, "Gürcü Arzusu"nun hakimiyyəti tezliklə başa çatacaq: "Dostlarım, bir az da səbr edin, çünki çoxlarınızın vətənpərvər olduğunu çox yaxşı bilirəm. "Bütün Gürcüstanı təsir edən bu kabus sizə də aiddir. Tezliklə bitəcək".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru