Paşinyan çıxış edir, müdafiə naziri yuxulayır: Karapetyanın qulağının dibində atəş açmaq lazımdır – VİDEO

16-09-2021, 18:09           
Paşinyan çıxış edir, müdafiə naziri yuxulayır:
Ermənistanın baş naziri Nikol Paşinyan Tacikistanın paytaxtı Düşənbədə keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitində çıxış edərkən gülməli vəziyyət yaranıb.

Oxu.Az-ın məlumatına əsasən, Nikol Paşinyan çıxış edir, lakin onu müşayiət edən, yanında yer alan erməni nazir isə ona əhəmiyyət vermir və yuxulayır.

Halbuki KTMT hərbi təşkilatdır və gündəlikdə duran məsələlər elə müdafiə nazirlərini məşğul etməlidir.

Lakin nədənsə Nikol Paşinyan çıxış edərkən Ermənistanın müdafiə naziri Arşak Karapetyanın göz qapaqları yumulur, bunun qeyri-ixtiyari olduğunu demək də çətindir.

Bir müdafiə naziri ölkəsinin baş naziri çıxış edərkən necə olur-olsun göz qapaqlarına nəzarət etməlidir, amma Karapetyan üçün Paşinyanın dedikləri “yuxu dərmanı”dır.

Arşak Karapetyan bir müddət öncə Ermənistan ordusuna Azərbaycanın sərhəddə yeni mövqelər qurmasına qarşılıq olaraq atəş açmaq əmri verməsi ilə gündəmə gəlmişdi.

Nəticəsi isə olmadı, qalib Azərbaycan ordusunun qarşısında əzik duruma düşən erməni əsgəri hansı sarsıdıcı atəş aça bilər axı!

Karapetyanın özünün qulağının dibində bir atəş açmaq lazımdır ki, oyansın...

Aqşin Kərimov












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru