ABŞ Səudiyyə Ərəbistanının hərbi helikopterlərinin texniki qulluğu üzrə müqaviləni təsdiqləyib

17-09-2021, 07:44           
ABŞ Səudiyyə Ərəbistanının hərbi helikopterlərinin texniki qulluğu üzrə müqaviləni təsdiqləyib
ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanında istifadə olunan ABŞ istehsalı helikopterlərə texniki qulluğun davam etdirilməsi üzrə potensial müqaviləni təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin Müdafiə və Təhlükəsizlik üzrə Əməkdaşlıq İdarəsindən bildiriblər.

Məlumata əsasən, müqavilənin dəyəri 500 milyon ABŞ dolları təşkil edir.

Müqaviləyə əsasən, hazırda Səudiyyə Ərəbistanında olan "AH-64D/E Apache", "UH-60L Black Hawk", "UH-60M Black Hawk", "Schweizer 333", "Bell 406CS" və gələcəkdə alınması planlaşdırılan "CH-47F Chinook" helikopterlərinə texniki qulluğunu həyata keçirəcək:

"Müqavilənin təxmini dəyəri 500 milyon dollar təşkil edir. Təklif olunan müqavilə Yaxın Şərqdə siyasi sabitlik və iqtisadi artım üçün əhəmiyyətli bir qüvvə olaraq qalmağa davam edən dost ölkənin təhlükəsizliyinin artırılmasına kömək edəcək və ABŞ-ın xarici siyasətini və milli təhlükəsizlik məqsədlərini dəstəkləyəcək".

Qeyd edilir ki, bu müqavilə, hazırkı ABŞ administrasiyasının Səudiyyə Ərəbistanı ilə ilk böyük müqaviləsidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.