Fransa və ABŞ arasında diplomatik qalmaqal: Rəsmi Paris Vaşinqtondakı səfirini geri çağırdı

18-09-2021, 07:03           
Fransa və ABŞ arasında diplomatik qalmaqal: Rəsmi Paris Vaşinqtondakı səfirini geri çağırdı
Fransa ilə müttəfiqləri arasındakı diplomatik qalmaqal böyüyür. Rəsmi Paris ABŞ və Avstraliyadakı səfirlərini geri çağırıb.

Buna səbəb bir neçə gün əvvəl Avstraliyanın Fransa ilə hərbi sualtı qayıqların tədarükünə dair sazişi birtərəfli qaydada ləğv edərək, ABŞ-la analoji müqavilə bağlaması olub.

Fransa XİN bu addımı mütəffiqlik ruhuna zidd və qəbuledilməz adlandırıb.

Səfirlərin məsləhətləşmələr üçün geri çağırıldığı bildirilib.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru