Bayden Makronla danışacaq: Avstraliya müzakirəsi

19-09-2021, 20:04           
Bayden Makronla danışacaq: Avstraliya müzakirəsi
Avstraliyanın fransız sualtı qayıqlarını almaqdan imtina etməsi məsələsi yaxın günlərdə Fransa Prezidenti Emmanuel Makron və ABŞ Prezidenti Co Bayden tərəfindən müzakirə ediləcək.

Axar.az xəbər verir ki, bu barədə Fransa hökumətinin rəsmi nümayəndəsi Qabriel Attal BFM telekanalının efirində məlumat verib.

Hökumət sözçüsü bildirib ki, Cozef Bayden vəziyyəti müzakirə etmək üçün Emmanuel Makrona müraciət edib.

Danışıqlar bir neçə gün ərzində baş tutacaq.

Qeyd edək ki, Avstraliya Fransa ilə 90 milyard Avstraliya dolları (56 milyard avro) dəyərində olan sualtı qayıqlarla bağlı müqavilədən çıxıb və ABŞ və Britaniya ilə AUKUS sazişi imzalayıb. Bu isə Fransanın kəskin etirazına səbəb olub və Paris ABŞ və Avstraliyadakı səfirlərini geri çağırıb. Fransa xarici işlər naziri Jan İv Lö Drian isə sazişin ləğvini xəyanət olaraq dəyərləndirib və Fransanın kürəyindən vurulduğunu deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru