Buz savaşında Rusiyaya məğlub oluruq - Dans

2-10-2021, 09:41           
Buz savaşında Rusiyaya məğlub oluruq - Dans
ABŞ Arktikada resursların inkişaf etdirilməsində Rusiyadan xeyli geri qalıb.

Axar.az xəbər verir ki, bu barədə Arktik Araşdırma Komissiyasının keçmiş üzvü Tomas Dansın nüfuzlu "Hill" nəşrində yayılan məqaləsində bildirilib.

O qeyd edib ki, Soyuq müharibəni qazansalar da, "Buz savaşı"nda məğlub olurlar:

"ABŞ-dan fərqli olaraq, Rusiya Arktika bölgəsində fəaliyyətini yüksək templə davam etdirib. Bu fəaliyyət isə gələcəkdə Moskvaya böyük gəlirlər verəcək".

Arktikada Ağ Evin infrastrukturu üçün maliyyələşdirilməni qeyri-kafi hesab edən Dans Rusiya donanmasının üstünlüyünə diqqət çəkib və Rusiyanın daha çox nüvə buzqıranlarına sahib olduğunu vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru