Nüvə enerjisi ilə çalışan super yaxta:Turistlər 3 milyona, alimlər isə pulsuz səyahət edəcək

2-10-2021, 20:38           
Nüvə enerjisi ilə çalışan super yaxta:Turistlər 3 milyona, alimlər isə pulsuz səyahət edəcək
Qərb mediasında fantastik bir layihəni əks etdirən fotolar dərc edilib. Məqalədə qeyd edilir ki, beynəlxalq ictimaiyyətə təqdim olunan bu foto yeni "James Bond" filmindən bir eskiz kimi görünsə də, fotoda əks olunan "Earth 300" adlanan gəmi xüsusi ambisiyaları olan və nüvə enerjisi ilə işləyəcək superyaxtadır. Azvision.az xəbər verir ki, yaxta hələ tikilməsə də, o elm adamlarının okeanları araşdırması və bu günün ən böyük ekoloji problemlərini həll etməsi üçün səyahət laboratoriyası olaraq hazırlanacaq. 22 laboratoriya, 160 elm adamı və 20 tələbə üçün nəzərdə tutulan yaxta yeni bir nüvə enerjisi növü olan "Molten Salt Reactor" ilə işləyəcək.



Yaxtada turistlər üçün də ayrıca otaqlar olacaq. Ancaq bu çox bahalı qiymətə reallaşacaq.

Super yaxta mütəxəssisi İvan Salas Ceferson tərəfindən hazırlanan "Earth 300"-də qalmaq istəyən varlılar üçün 40 VİP otaq olacaq ki, buna görə də 3 milyon dollar ödənməli olacaq. Alimlər və onları tələbələri isə ya pulsuz, ya da endirimli qiymətlərlə səyahət edəcəklər.

Tural Tağıyev












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.