Balıqçı gəmisinin çevrilməsi nəticəsində itkin düşən doqquz nəfərdən üçü tapılıb

21-10-2021, 13:33           
Balıqçı gəmisinin çevrilməsi nəticəsində itkin düşən doqquz nəfərdən üçü tapılıb
Yaponiya sahillərində Cənubi Koreyaya məxsus balıqçı gəmisinin çevrilməsi nəticəsində itkin düşmüş doqquz balıqçıdan üçü tapılıb. Onlardan ikisinin sağ qaldığı, üçüncünün səhhəti barədə isə məlumatın olmadığı qeyd edilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Sahil Mühafizəsi Xidməti oktyabrın 21-də məlumat yayıb. Bildirilir ki, gəmi Yaponiyanın qərbində yerləşən Şimane prefekturasının Okinoşima şəhərindən təqribən 200 kilometr şimalda çevrilmiş vəziyyətdə aşkar edilib. İlkin olaraq, gəminin doqquz nəfər heyət üzvü – dörd çinli, üç cənubi koreyalı və iki indoneziyalı itkin düşmüş sayılırdı.

Yaponiya Sahil Mühafizəsinin yaydığı məlumatda axtarışlara yardım edən Cənubi Koreyaya məxsus digər balıqçı gəmisi tərəfindən heyətin iki çinli üzvünün aşkar edildiyi qeyd olunub.

Cənubi Koreya Sahil Mühafizəsinin dalğıcları isə gəmidə axtarış zamanı daha bir heyət üzvünü tapıblar. Onun səhhəti barədə məlumat verilmir.

Gəmi aşkarlanarkən həmin rayonda küləyin sürətinin saatda 58 kilometr təşkil etdiyi bildirilib.

Hazırda ərazidə axtarış-xilasetmə əməliyyatı davam edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.