Rusiyadan Türkiyə ilə bağlı təəccüblü açıqlama

16-03-2016, 01:47           

Qaydalara riayət edən Türkiyə vətəndaşlarını ölkədən deportasiya etmək fikrimiz yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın Federal Miqrasiya Xidmətinin sədri Konstantin Romodanovski deyib.

“Bununla bağlı araşdırmalarımız davam edir. Hazırda Rusiya ərazisində 80 min Türkiyə vətəndaşı var. Lakin bizim səbəbsiz yerə Türkiyə vətəndaşlarını Rusiyadan göndərmək fikrimiz yoxdur. Yalnız miqrasiya qanunlarına riayət etməyən Türkiyə vətəndaşları ilə bağlı tədbirlər görürük. Qanunları pozan istənilən ölkənin vətəndaşına qarşı sərt addımlar atılacaq”, - Romodanovski vurğulayıb.

Qeyd edək ki, Su-24 olayından sonra Rusiyada yaşayan Türkiyə vətəndaşlarının ölkədən deportasiya ediləcəyi ilə bağlı iddialar səsləndirilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru