Avropanın üç bölgəsində müharibə başlaya bilər – MƏTBUATIN araşdırması

22-11-2021, 12:15           
Avropanın üç bölgəsində müharibə başlaya bilər – MƏTBUATIN araşdırması
Fransanın “Ouest-France” qəzeti Avropada böyük müharibənin başlaya biləcəyi regionların adlarını çəkib.

Bizim.Media “Rosbalt” nəşrinə istinadən xəbər verir ki, nəşrin redaktoru Fabyen Kazenavanın fikrincə, bu, Yaxın Şərqdən olan minlərlə qaçqının toplandığı Polşa və Belarus sərhədində, Donbas münaqişəsinə görə Rusiya və Ukrayna arasında, eləcə də Bosniya və Herseqovinada baş verə bilər.

Jurnalist hesab edir ki, Belarus sərhədində silahlı münaqişəyə səbəb Polşa, Litva, Latviya və ya Belarus hərbçiləri ilə təsadüfi insident ola bilər.

Ukraynanın şərqində vəziyyətin gərginləşdiyi halda Rusiya “DXR” və “LXR” üçün ayağa qalxar.

Kazenavanın sözlərinə görə, Rusiya ordusu Donetsk, Luqansk və Krımı qorumaq üçün Odessa və Dnestryanıya qədər uzanacaq bufer zonası yaratmağa çalışacaq.

Bosniya və Herseqovina məsələsinə gəlincə, ölkənin müxtəlif bölgələrindəki millətçilər qığılcım rolunu oynaya bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru