Zelenskinin ofisinin rəhbəri Rusiya agentidir – Moskal

22-11-2021, 20:18           
Zelenskinin ofisinin rəhbəri Rusiya agentidir – Moskal
Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak Rusiya xüsusi xidmət orqanlarının agentidir. O, “Timofeyev” təxəllüsü ilə fəaliyyət göstərir.

Axar.az xəbər verir ki, bunu Ukrayna Daxili İşlər Nazirliyinin ehtiyatda olan generalı Gennadi Moskal deyib.

“Ruslar soruşurlar ki, Timofeyev sizə nə edir? Deyirəm, nə Timofeyev? Bu, Rusiyanın Ukraynadakı agenti Andrey Yermakdır. Onun təxəllüsü də Timofeyevdir", - Moskal bildirib.

Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin keçmiş rəisi Vasili Burban bir müddət əvvəl Ukrayna hakimiyyət orqanları arasında Rusiyanın maraqlarına xidmət edən agentin olduğunu demişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru