Almaniyada vaksin vurdurmayanlar evtanaziya hüququndan istifadə edə bilməyəcək

23-11-2021, 08:25           
Almaniyada vaksin vurdurmayanlar evtanaziya hüququndan istifadə edə bilməyəcək
Almaniyada koronavirus xəstələri və ya COVID-19-a qarşı peyvənd vurdurmayanlar evtanaziya hüququndan istifadə edə bilməyəcək.

Mütəxəssislər bildirir ki, evtanaziya və ona hazırlıq məsuliyyət tələb edir, eyni zamanda insanın bu mərhələdə digər insanlarla ünsiyyəti mütləqdir.

Belə olan halda isə şüurlu sürətdə həyatla vidalaşmaq istəyən insanla təmasda olan şəxslər yoluxucu virusa tutula bilərlər.

Qeyd edək ki, bir çox dünya dövlətlərində qəti olaraq qadağan edilən evtanaziya Almaniya Niderland, İsveçrə, Danimarka və Belçika kimi dövlətlərin hüquq sistemlərində bəzi şərtlər altında qanuni akt kimi qəbul edilir.

Mənbə: Sterbehilfe












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru