ABŞ Ukraynaya əlavə silah göndərməyi nəzərdən keçirir

23-11-2021, 09:45           
ABŞ Ukraynaya əlavə silah göndərməyi nəzərdən keçirir
ABŞ Ukraynaya hərbi müşavirlər və əlavə silah göndərmək ehtimalını nəzərdən keçirir.

Ovqat.com xəbər verir ki, məlumatı Bayden administrasiyasındakı mənbələrə istinad edərək CNN telekanalı yayıb.

Telekanalın iddiasını Ağ Evin sözçüsü Cen Psaki şərh etmək istəməyib və bu barədə hər hansı fikir “bəyan etməkdən” boyun qaçırıb.

CNN-in məlumatına görə, Ukraynaya əlavə Javelin zenit-raket kompleksləri və portativ zenit-raket kompleksləri göndərilə bilər, baxmayaraq ki, Ukraynanın özündə kifayət qədər MANPADS var.

CNN iddia edir ki, Pentaqonda bu “yardım” Moskvanın Ukraynaya hərbi müdaxiləyə hazırlığı fonunda Kiyevə əlavə dəstək kimi qiymətləndirilir.

Qeyd edək ki, Ukraynanın Müdafiə Nazirliyinin Hərbi Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov iki gün öncə ABŞ-ın Military Times” nəşrinə müsahibəsində Vaşinqtonu Ukraynaya kifayət qədər hərbi dəstək verməməkdə ittiham etmişdi. Görünür, Vaşinqtonda bu gileyi “nəzərə alıb” Ukraynaya daha ciddi dəstək vermək qərarına gəliblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru