Davtyanla bağlı qərar artıq verilib - Onu kim əvəz edəcək?

25-11-2021, 12:02           
Davtyanla bağlı qərar artıq verilib - Onu kim əvəz edəcək?
Ermənistanın baş naziri Nikol Paşinyan artıq Silahlı Qüvvələrin Baş qərargah rəisi Artak Davtyanla bağlı qərar verib - o, yaxın günlərdə vəzifəsindən kənarlaşdırılacaq. AzVision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Davtyanın vəzifədən uzaqlaşdırılması noyabrın 15-də müdafiə naziri Arşak Karapetyanın istefaya göndərilməsi və baş nazirin müavini Suren Papikyanın bu posta təyinindən sonra aktiv şəkildə müzakirə olunmağa başlayıb. Erməni hərbi mənbələrinə görə, Davtyanın istefaya göndərilməsinin səbəblərindən biri ordunun yararsız aviasiya silahları ilə təmin edilməsinə dair açılmış cinayət işidir. Bu iş çərçivəsindəkeçmiş müdafiə naziri David Tonoyan həbs edilib. Eyni zamanda, Baş qərargah rəisinin istefasında rol oynaya biləcək yeganə amil bu deyil. Orduda Davtyanın işindən ciddi narazılıq var.

Erməni mətbuatı yazır ki, hakimiyyət Davtyanın yerinə indiki birinci müavini Kamo Koçuntsu təyin etmək istəyir. Bununla belə, ordunun yeni namizəddən heç də məmnun olmadığı vurğulanıb.

Pərvanə Sultanova












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.