İranı etirazlar bürüdü - 58 şəhərdə aksiya / VİDEO

3-12-2021, 07:52           
İranı etirazlar bürüdü - 58 şəhərdə aksiya / VİDEO
Bu gün, dekabrın 2-də İranın bir çox vilayət və şəhərlərində müəllimlər kütləvi etiraz aksiyası keçiriblər.

“Azad İran” Telegram kanalına istinadən xəbər veririk ki, Müəllimlər Birliyinin sözçüsü Məhəmməd Həbibi hazırda müəllimlərin dekabrın 2-də baş tutan kütləvi etirazlarının demək olar ki, bütün İranı əhatə etdiyini bildirib.

Belə ki, onun sözlərinə görə, bu günki etirazlar İranın 27 vilayətinin 58 müxtəlif şəhərində baş tutub.

Müəllim etirazlarının tələbləri demək olar ki, bütün şəhərlərdə eynidir. Belə ki, onlar maaşlarının universitet müəllimlərinin maaşının 80%-dən az olmaması, maaşların vaxtında ödənilməsi, onlar arasında ayrı-seçkilik qoyulmaması, təqaüdə çıxmış müəllimlərin təqaüdlərinin vaxtında ödənişi kimi bir sıra haqlarının yerinə yetirilməsini tələb edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru