SEPAH özünü təkzib etdi: Nətənz nüvə obyekti salamatdır

5-12-2021, 07:11           
SEPAH özünü təkzib etdi:
İrandan bir-birini yalanlayan xəbərlər gəlir.

Ovqat.com-un məlumatına görə, bir müddət əvvəl Nətənz nüvə obyektinin vurulduğunu və güclü partlayışın eşidildiyi bildirən SEPAH az sonra öz xəbərini təkzib edib.

Yeni məlumata görə, Nətənz nüvə obyekti heç bir zərər görməyib və partlayış ondan xeyli uzaqda baş verib.

Nətənz Hava Hücumundan Müdafiə Komandiri bildirib: “Bir saat əvvəl bölgədəki raket sistemlərindən biri sahə hazırlığını qiymətləndirmək üçün sınaqdan keçirildi və narahat olacaq bir şey yoxdur.

Regionda yerləşən sistemləri qiymətləndirmək üçün bu cür təlimlər tam təhlükəsiz şəraitdə və inteqrasiya olunmuş müdafiə şəbəkəsi ilə tam koordinasiyada keçirilir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.