Pakistan yeni hücum pilotsuz təyyarəsini nümayiş etdirdi

5-12-2021, 07:02           
Pakistan yeni hücum pilotsuz təyyarəsini nümayiş etdirdi
Pakistanın NESCOM şirkəti tərəfindən hazırlanmış yeni SHAHPAR-II hücum pilotsuz təyyarəsini təqdim edib.

TRT xəbər verir ki, pilotsuz təyyarə noyabrın 29-dan Qahirədə keçirilən EDEX 2021 müdafiə sərgisində nümayiş etdirilib.

Pilotsuz təyyarə zərbə vəziyyətində 7 saat, kəşfiyyat mövqeyində isə (sursatsız) 14 saat havada qalmaq qabiliyyətinə malikdir. Uçuş məsafəsi peyk rabitəsi olmadan 300 km, peyk rabitəsi ilə isə 1050 km-dir. Uçuş hündürlüyü - 6 km, faydalı yükün kütləsi - 60 kq.

virtualaz.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru