"Nobel" mükafatçısı həbs edildi

6-12-2021, 12:34           
"Nobel" mükafatçısı həbs edildi
Myanmada sabiq dövlət müşaviri Aun San Su Çji 4 il müddətinə azadlıqdan məhrum olunub.

Redaktor.az xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.

Aun San Su Çji ordu daxilində nifaq salmaqda və koronavirusun profilaktikası ilə bağlı qaydaları pozmaqda ittiham olunub. O, 2021-ci il fevralın 1-də Myanmada baş verən hərbi çevrilişdən sonra həbsdə idi. Bu qadın həmçinin Myanmada müsəlmanlara qarşı soyqırımın bilavasitə rəhbəri sayılır.

Aun San Su Çji 1991-ci ildə Nobel Sülh Mükafatına layiq görülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru