Dünyada 23 faiz ərzaq çatışmazlığı yaranıb - VİDEO

7-12-2021, 10:46           
Dünyada 23 faiz ərzaq çatışmazlığı yaranıb - VİDEO
Dünyada 23 faiz ərzaq çatışmazlığı yaranıb. Bəs bu, əsasən hansı səbəblərlə izah olunur? Əhalinin sayının sürətlə artması ilə bağlı fikirlər səsləndirilsə də, mütəxəssilər deyir ki, ərzaq problemi əsasən sosial-iqtisadi məsələlərdən qaynaqlanır. Xüsusulə də dünya ölkələri arasında sabitliyin olmamasında özünü göstərir.

Ötən əsrin 90-cı illərinin sonlarından başlayaraq qlobal əhəmiyyətli problemə çevrilən bu məsələ ilə bağlı müzakirələrə qoşulan Azərbaycan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının ərzaq təhlükəsizliyinə yönələn təşəbbüslərinə fəal dəstək verib. Çünki ölkədə yoxsulluq səviyyəsinin 50 faizə yaxın olduğu bir vaxtda əhalinin keyfiyyətli qidaya çıxış imkanları ciddi problem olaraq qaldırılıb. Əvvəldən mübarizə tədbirlərinə qoşulan Azərbaycanda yaxın bir neçə il üçün ciddi ərzaq problemi gözlənilmir.

Mütəxəsis deyir ki, elə gələcəkdə də ərzaq çatışmazlığı problem zəif inkişaf etmiş ölkələrə təsir edəcək. İqtisadiyyatı dayanıqlı olan, inkişaf etmiş dövlətlər bu problemin öhdəsindən gələ biləcək.

Mənbə: Realtv.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.