Diktatorın həyat yoldaşı öldü, xalq bayram etdi – VİDEO

17-12-2021, 07:28           
Diktatorın həyat yoldaşı öldü, xalq bayram etdi – VİDEO
Çilidə diktator Auqusto Pinoçetin həyat yoldaşı Lusia Hiriartın vəfat etməsi səbəbilə xalq bayram etmək məqsədilə küçələrə axışıb.

Qafqaz.media “Haber Türk”ə istinadla xəbər verir ki, 98 yaşında dünyasını dəyişən Hiriartın bir müddət əvvəl tənəffüs sistemi xəstəliklərindən müalicə aldığı məlum olub.

Hiriartın oğlu Marko Antonionun sözlərinə görə, həyatının son illərini təcrid şəraitində keçirən Hiriartın Santyaqodakı evində dünyasını dəyişib.

Qeyd edək ki, 1973-cü il sentyabrın 11-də Çilidə sosialist prezident Salvador Allendeni devirən general Pinoçet rəhbərliyi ələ keçirmişdi. Pinoçetin 17 illik diktaturası dövründə təxminən 3000 mülki şəxsin öldürüldüyü və ya itkin düşdüyü, on minlərlə insanın işgəncələrə məruz qaldığı və 200 min insanın sürgündə yaşadığı təxmin edilir. O, 2006-cı ildə 91 yaşında vəfat edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru