Rusiya DİN-in maşınları partladıldı: Ölən var

30-03-2016, 02:01           

Rusiya Daxili İşlər Nazirliyinin avtomobil karvanı Mahaçqala yaxınlığında partladılıb.

ANS-in məlumatına görə, naməlum şəxslər polis karvanının keçdiyi "Qafqaz" magistral yolunda iki partlayış törədib.

İlkin informasiyaya görə, hadisə nəticəsində bir nəfər həlak olub. Hadisənin baş verdiyi "Qafqaz" magistral yolu ilə Rusiya DİN-in Dağıstan Respublikası üzrə xidməti avtomobillərindən ibarət karvanı hərəkət edirmiş.

"Ural" zirehli maşını və UAZ avtomobili 13 nəfəri aparırmış. Hazırda ərazi polis tərəfindən nəzarətə götürülüb və araşdırmalar aparılır. Avtomobil karvanı Mahaçqaladan Kaspiyskə gedirmiş

Analoji hadisə fevral ayında Azərbaycan-Rusiya sərhədi yaxınlığında Dərbənd şəhərindəki Cəmikənd patrul postunda baş verib. Fevralın 15-də VAZ-2109 markalı avtomobil səhər saatlarında Dərbənd yaxınlığındakı yol-patrul postunda partladılıb. Nəticədə iki polis əməkdaşı və iki mülki şəxs həlak olub, bir neçə nəfər yaralanıb.

Terror aktı nəticəsində Rusiya-Azərbaycan avtomobil yolunda nəqliyyatın hərəkəti dayanıb. Daha sonra partlayışı Dağıstanın cənubunda fəaliyyət göstərən, İŞİD terror qruplaşmasına biət etmiş yaraqlı qruplaşmasının törətdiyi açıqlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru