“Rusiyanın ipi ilə quyuya girmək olmaz” – İrandan növbəti sərt açıqlama
30-03-2016, 09:49
İranın sabiq prezidenti Xatəminin sözcüsü, hazırda İslami İran Ortaq Cəbhəsi Partiyasının baş katibi olan Abdullah Ramazanzadə maraqlı açıqlama verib. Yenicag.az xəbər verir ki, Ramazanzadə Rusiyanın İrana xəyanət etdiyini bildirib.
“Rusiyanın ipi ilə quyuya düşmək olmaz” deyən, sabiq sözcü Putinin Tehran səfəri zamanı istifadə etdiyi “Rusiya dostlarını arxadan vurmaz” sözlərinin yalan olduğunu bildirdi: “Putin bu sözündən sonra gedib İran əleyhinə Qətər və Səudiyyə Ərəbistanı ilə neft məsələsində anlaşdı. S-300 hava müdafiə sistemlərini təslim etməkdən qaçır və İranla koordinasiya etmədən qüvvələrini Suriyadan çəkdi”.
Nənəsinin “Rusiyanın ipi ilə quyuya enilməz” sözünü deyən Ramazanzadə “Rusiyanın İraq-İran müharibəsi zamanı ən yaxşı hərbi təyyarələrini və raketlərini Səddama verdiklərini unutmadıq.