Rokfeller klanı neft bazarından çıxır

30-03-2016, 10:05           

Neft sənayesinin formalaşmasında mühüm rol oynayan məşhur Rokfeller ailəsi kömür, neft-qaz və karbohidrogen ehtiyatlarına yönələn sərmayələrini geri götürəcəyini açıqlayıb.


AzərTAc-ın məlumatına görə, fond ekoloji faktorları və iqlim dəyişikliyini əsas götürərək neft şirkətlərindəki səhmlərini satışa çıxaracaq.

Con Devison Rokfellerin XIX əsrdə qurduğu “Standard Oil” şirkətində, bugünkü adı ilə “ExxonMobil”də Rokfeller Ailə Fondunun sahibi olduğu səhmlər isə yaxın zamanda satılacaq.

Qeyd edək ki, 1870-ci ildə qurulan “Standard Oil” şirkəti XX əsrin əvvəllərində neft sənayesinin ən güclü aktyoru olduqdan sonra ABŞ Konstitusiya Məhkəməsinin qərarı ilə daha kiçik şirkətlərə bölünüb. Yaradılan “Standard Oil of New Jersey” şirkətinə “Exxon” adı, “Standard Oil of New York”a isə “Mobil” adı verilib. Bu iki şirkət isə 1999-cu ildə birləşərək “ExxonMobil” olub..












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru