Rusiyayönümlü "sputnik" saytının fəaliyyətinə qadğa qoyuldu

30-03-2016, 12:45           
Rusiyayönümlü "sputnik" saytının fəaliyyətinə qadğa qoyuldu
Latviya hakimiyyəti martın 29-da Rusiyanın kremlyönlü “Sputnik” xəbər saytını bağlayıb, portalı “təbliğat aləti” adlandırıb. Bu, Moskvanın tənqidinə səbəb olub.

Ölkənin domen qeydiyyatı aparan qurum Sputnik-in "Sputniknews.lv" xəbər saytını idarə etmək hüququnu ləğv edib.

Bu sayt fevralın 12-də yaradılıb, Latviyanın rusdilli azlığına ünvanlanıb, latış və rus dillərində məlumatlar yayıb.

Latviya Xarici İşlər Nazirliyinin sözçüsü Raimonds Jansons Frans Press-ə deyib ki, Sputnik-i etibarlı media mənbəyi deyil, təbliğat aləti hesab edirlər.

Rusiya Xarici İşlər Nazirliyi isə bu qərarı “kobud senzura” adlandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru