Kremlin ekspert klubu Qarabağ münaqişəsini Rusiyaya təhdid elan etdi - "2008-ci ilin "gürcü ssenarisi" təkrarlana bilər"

30-03-2016, 16:46           
Kremlin ekspert klubu Qarabağ münaqişəsini Rusiyaya təhdid elan etdi - "2008-ci ilin "gürcü ssenarisi" təkrarlana bilər"
Rusiyanın “Valday” beynəlxalq siyasi diskussiya klubu və “Xarici siyasət” agentliyi 2016-cı ildə Rusiyanı gözləyən təhlükələrlə bağlı tədbir keçirib.

Avropa.info xəbər verir ki, tədbirdə “Beynəlxalq təhlükələr-2016” adlı hesabat təqdim edilib. Hesabatı Kremlə yaxın aparıcı rus analitiklər hazırlayıb. Onların arasında keçmiş kəşfiyyatçı Andrey Bezrukov da var. Qeyd edək ki, bu klubun Kreml tərəfindən təşkil edildiyinə heç kimin şübhəsi yoxdur. Hətta Rusiya prezedenti Vladimir Putin bu klubun tədbirlərində iştirak edib.

Hesabatda Rusiya üçün ən böyük strateji təhlükə ABŞ və Amerikayönlü dövlətlərin xarici siyasi kursu göstərilir.

Hesabatda Türkiyə ilə bağlı təhlükəyə də yer verilib. Rus analitiklərin fikrinə görə, Suriya böhranında ən böyük təhlükə riski Türkiyə ilə ola biləcək hərbi münaqişədir. Bu cür münaqişə ümumi cəbhənin və kütləvi itkilərin olmadığı, lakin kosmik peyklər, rabitə vasitələri, internet strukturlarının münaqişəyə cəlb olunduğu “XXI əsrin ilk müharibəsi” ola bilər.

“Bununla bağlı Rusiyanın 2020-ci il üçün müdafiə planına dəyişikliklər də edilib. Türkiyə ilə bağlı mümkün müharibə ehtimalına qarşı münaqişə ssenariləri və təlimlər hazırlanır” – Andrey Suşentsov belə deyib.

"Suriya kampaniyası ilə bağlı digər təhlükə Rusiyanın İran tərəfində regional sünni-şiə qarşıdurmasına cəlb olunma ehtimalıdır.

2016-cı ildə Rusiyanı sərhədlərində də təhlükə gözləyir. Ukrayna və Suriyadakı münaqişələrdən sonra ilk növbədə Dağlıq Qarabağ münaqişəsi yenidən qızışa bilər. Dağlıq Qarabağ münaqişəsi ikinci plana keçsə də, partlama ehtimalı hələ də qalır. Son zamanlar Qarabağ bölgəsində atışmalar intensivləşib, artilleriya işə düşüb, tərəflər isə əsl silahlanma yarışına giriblər.

Hadisələrin belə inkişafı Moskvanın maraqlarına tərs düşə bilər. Rusiyanın Yerevanın yanında Bakıya qarşı müharibəyə başlaması 2008-ci ildəki “gürcü ssenarisi”nin təkrarlanmasına gətirib çıxara bilər. Bundan əlavə Türkiyə ilə münasibətlər kəskin pisləşə bilər. Belə ki, Moskva və Ankara fərqli tərəfləri dəstəkləyirlər. Türkiyə Azərbaycanı, Rusiya Ermənistanı.
Maraqlıdır ki, Ukrayna ilə bağlı məsələ milli təhlükə sıralamasından çıxıb “dondurulmuş münaqişə”lər sırıasına daxil olub" deyə hesabatda qeyd olunur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.