Ukrayna Rusiya ilə diplomatik əlaqələri kəsir

31-03-2016, 00:03           
Ukrayna Rusiya ilə diplomatik əlaqələri kəsir
Ukrayna Ali Radasının xarici işlər komitəsi Rusiya ilə diplomatik münasibətlərin kəsilməsi ilə bağlı qərar qəbul edib. Virtualaz.org Ukrayna mətbuatına istinadən xəbər verir ki, qərar səs çoxluğu ilə qəbul edilib.

Məsələ ilə bağlı yekun qərarı aprelin 11-də Ukrayna parlamentinin Məşvərət şurası verməlidir.

Əgər bu qərar qanuni qüvvətə minərsə, Ukrayna hökuməti müvafiq qanun layihələri hazırlamalı, Rusiya ilə bütün beynəlxalq müqavilələri ləğv etməli və səfirlik və konsulluqları ilə Rusiyada Ukraynanın maraqlarını təmsil edəcək ölkəni müəyyənləşdirməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru