“Tesla” ödəniş kimi “Dogecoin” mem-kriptovalyutasını qəbul edəcək – FOTO

15-01-2022, 09:58           
“Tesla” ödəniş kimi “Dogecoin” mem-kriptovalyutasını qəbul edəcək – FOTO
Artıq “Tesla” məhsullarından bəzilərini kriptovalyuta ilə almaq olar. Bu barədə İlon Mask öz “Twitter” hesabından xəbər verib.

“Tesla”nın veb-saytında uşaqlar üçün elektrikli kvadrosikpedin qiyməti 1 2020 DOGE, “Cybertruck” yolsuzluq avtomobili formasında fit isə 300 DOGE dəyərindədir.

Qeyd edək ki, elektrik avtomobil şirkətinin rəhbəri ötən il “Tesla” avtomobilləri üçün ödəniş olaraq “Dogecoin” qəbul etməyə başlaya biləcəyini elan etmişdi. İlon abunəçiləri bu fikri qətiyyətlə dəstəkləmişdilər.

2013-cü ildə zarafat kimi icad edilən və “Şiba-İnu” internet meminin əks olunduğu “Dogecoin” ən dəyişkən kriptovalyutalardan biridir. Kriptovalyutanın dəyəri son bir ildə təxminən 2000% yüksəklib.

Qeyd edək ki, Mask kriptovalyuta tərəfdarıdır və tez-tez “Dogecoin”i dəstəkləyir. Bu yaxınlarda isə o, zarafat valyutasının əməliyyat aparmağın ən yaxşı yolu olduğunu söyləyib.



Mənbə: Focus.ua












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru