Dünya Bankı: 2,6 milyard insan “yemək bişirmə yoxsulluğu” yaşayır

24-01-2022, 00:05           
Dünya Bankı: 2,6 milyard insan “yemək bişirmə yoxsulluğu” yaşayır
Dünyada 2,6 milyard insan həyatın ən təməl ehtiyaclarından olan yemək bişirmək üçün əziyyət çəkir.

APA bildirir ki, bu barədə Dünya Bankı məlumat yayıb.

Məlumata görə, iqtisadi səviyyəsi aşağı olan cəmiyyətlər qeyri-gigiyenik şəraitdə, müasir mətbəx ləvazimatları olmadan, təhlükəli üsullarla yemək bişirirlər.

“Yemək bişirmək yoxsulluğu” adlandırılan bu vəziyyətdə dünya əhalisinin üçdə biri kifayət qədər əsas qidaların və sadə mətbəx qablarının belə olmadığı çirkli mühitdə yemək hazırlayır və qidalanırlar.

Dünya Bankı açıqlayıb ki, həyatda mədəni və sosial əhəmiyyət kəsb edən kulinariya fəaliyyəti bəzi inkişaf etməkdə olan ölkələrdə çox çətin şəraitdə həyata keçirilir. Buna görə, bank 2019-cu ildə yoxsul icmaların təmiz yemək bişirmə şəraitinə çatmasına kömək etmək üçün “Təmiz Yemək Fondu” yaradıb. Fond kulinariya xidmətlərini inkişaf etdirmək üçün qrantların maliyyələşdirilməsi yolu ilə özəl sektora maliyyə və texniki dəstək verir.

Hazırda isə təşkilat vurğulayıb ki, zəruri tədqiqatlara üstünlük verilməzsə, 2030-cu ildə 2,4 milyard insan yemək bişirmək üçün yoxsulluq içində yaşayacaq və ən sadə mətbəx tələbləri olmadan natəmiz şəraitdə qidalanacaq.шаблоны для dle 11.2


Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.