"NATO "Soyuq müharibə"nin qalığıdır" - Çin XİN

27-01-2022, 08:13           
"NATO "Soyuq müharibə"nin qalığıdır" - Çin XİN
NATO "Soyuq müharibə"nin qalığıdır, alyansın genişlənməsi isə blokların yaradılması siyasətinin təzahürüdür.

Çin XİN rəsmi nümayəndəsi Çjao Litszyan yanvarın 26-da ABŞ Dövlət katibinin müavini Uendi Şermanın Rusiyanın tələbləri ilə razı olmadığı haqda açıqlamasını şərh edərkən belə deyib.

«NATO "Soyuq müharibə" dövrünün qalığıdır və alyansın genişənməsi bloklar yaradılması siyasətinin təzahürlərindən biridir. NATO - bu, dünyada nəhəng hərbi alyansdır, onun "Soyuq müharibə" dövrünün və ideoloji mülahizələrin köhnəlmiş mentalitetindən imtina etməyinin vaxtı çoxdan çatıb. O, daha çox təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi tədbirlərinin görülməsinə töhfəsini verməlidir» - diplomat deyib.

Yekunda Çjao Litszyan əmin olduğunu bildirib ki, tərəflər təhlükəsizlik sferasında bir-birinin qanuni narahatlığını tam ölçüdə nəzərə alacaqlar, cəbhələşmədən qaçacaqlar və mövcud çəkişmələrin dialoq və məsləhətləşmələr yolu ilə tənzimlənməsi yolunu tutacaqlar.

Xəbər verildiyi kimi, yanvarın 12-də ABŞ Dövlət katibinin birinci müavini Uendi Şerman Rusiya-NATO Şurasının iclasının yekunlarına əsasən bəyan edib ki, alyans ölkələri genişlənməyə qadağa qoyulması və 1997-ci il vəziyyətinə qayıdılması ilə razı olmayacaqlar.

«NATO-ya gəlmək və özünün ona birləşmək istəyini bəyan etmək qərarı ölkələrin suveren seçimidir» - xanım Şerman israr edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.