Rusiya qırıcılarının bu ölkəyə göndərilməsi yekunlaşdı - VİDEO

27-01-2022, 15:54           
Rusiya qırıcılarının bu ölkəyə göndərilməsi yekunlaşdı - VİDEO
Rusiya Müdafiə Nazirliyi Su-35 qırıcılarının təlimlər üçün Belarusa göndərilməsini başa çatdırıb.

“Paralel.az ” xəbər verir ki, döyüş təyyarələri Rusiyanın Uzaq Şərqin bölgəsindən Belarusa gətirilib:

“Ekipajlar Xabarovsk diyarındakı aerodromdan qalxaraq səkkiz min kilometrə yaxın məsafəni qət ediblər”, - departamentdən bildirilib.

Müdafiə Nazirliyi bildirib ki, Belarus ərazisi üzərində uçuş marşrutları ilə tanış olduqdan sonra Su-35S təyyarələrinin ekipajları döyüş növbəsinə keçəcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru