Lavrov: ABŞ bizim ən vacib sualımıza cavab verməyib

27-01-2022, 18:24           
Lavrov: ABŞ bizim ən vacib sualımıza cavab verməyib
ABŞ təhlükəsizlik zəmanətləri ilə bağlı cavabında ən vacib suala – NATO-nun şərqə doğru genişlənib-genişlənməyəcəyinə cavab verməyib.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Bu sənəddə əsas məsələyə müsbət reaksiya yoxdur. Əsas məsələ NATO-nun şərqdə daha da genişlənməsinin və Rusiya Federasiyasının ərazisini təhdid edə biləcək zərbə silahlarının yerləşdirilməsinin yolverilməzliyi ilə bağlı aydın mövqeyimizdir”, – deyə Lavrov jurnalistlərə bildirib.

ABŞ və NATO bir gün əvvəl Rusiyanın təhlükəsizlik zəmanəti təkliflərinə cavab verib. ABŞ dövlət katibi Entoni Blinkenin bəyanatlarına əsaslanan Amerika sənədi ABŞ-ın Rusiyanın təhlükəsizlik tədbirləri ilə bağlı narahatlığını və ölkələrin ümumi dil tapa biləcəyi sahələrə dair təkliflərini əks etdirir.

2021-ci ilin sonunda Rusiya ABŞ ilə müqavilənin və NATO ilə təhlükəsizlik təminatına dair sazişin layihələrini dərc edib. Moskva Qərbdən xüsusilə NATO-nun şərqə doğru genişlənməsindən, Ukraynanın Şimali Atlantika Alyansına qəbulundan və postsovet ölkələrində hərbi bazaların yaradılmasından imtina etmək üçün hüquqi təminat tələb edirdi. Təkliflərdə NATO-nun zərbə silahlarının Rusiya sərhədləri yaxınlığında yerləşdirilməməsi və Şərqi Avropadakı alyans qüvvələrinin 1997-ci ildəki mövqelərə çıxarılması ilə bağlı bənd də var idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru