Belçikanın yeni pasportlarında komiks qəhramanları əks olunub – VİDEO

28-01-2022, 10:06           
Belçikanın yeni pasportlarında komiks qəhramanları əks olunub – VİDEO
Belçikada yerli komikslərin təsvirlərini əks etdirən yeni pasportlar təqdim edilib. Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Belçikanın ən məşhur komiks seriyasından olan təsvirlər viza və ya sərhəd keçid möhürləri üçün nəzərdə tutulan pasportun 34 səhifəsi üçün fon kimi istifadə olunacaq.

Həmçinin, pasportun birinci səhifəsində Tentenin (Tintin) Aya uçduğu qırmızı raket əks olunub.

XİN-dən bildirilib ki, pasportun etibarlılığını artırmaq və onun saxtalaşdırılmasını çətinləşdirmək üçün komikslərdəki şəkillərdən istifadə olunub. 2007-ci ildəki pasportlarla müqayisədə yeni sənədin təhlükəsizlik elementlərinin sayı 24-dən 48-dək artırılıb.

Qeyd edək ki, Belçikada pasportdan yalnız xarici səfərlər üçün istifadə olunur. Ölkə daxilində isə yalnız plastik şəxsiyyət vəsiqəsi tətbiq edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru