Rusiya S-400 komplekslərini Belarusa gətirdi

3-02-2022, 08:28           
Rusiya S-400 komplekslərini Belarusa gətirdi
İttifaq dövlətinin reaksiya qüvvələrinin sınağında iştirak edən S-400 “Triumf” zenit-raket kompleksi Belarusa gətirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Kompleksin şəxsi heyəti Belarusun Brest vilayətindəki poliqona yürüş etməli olacaq. Təlim tapşırıqlarının icra edildiyi yerə çatdıqda Rusiya hərbçiləri mühəndislik avadanlığı və start mövqelərinin kamuflyajını edəcək, həmçinin avadanlıqlara texniki xidmət göstərəcəklər.

S-400 raket sistemi Belarus və Rusiyanın Vahid Regional Hava Hücumundan Müdafiə Sisteminin bir hissəsi kimi hava hücumundan müdafiə üçün döyüş növbətçiliyini icra edəcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru