Makron Putini Azərbaycanın 8 erməni hərbçini Ermənistana geri qaytarması barədə məlumatlandırıb

8-02-2022, 08:27           
Makron Putini Azərbaycanın 8 erməni hərbçini Ermənistana geri qaytarması barədə məlumatlandırıb
Makron: "Biz itkin düşmüşlərlə bağlı, qaçqınlarla bağlı və digər məsələləri qaldırdıq"

Fransa Prezidenti Emmanuel Makron Rusiya prezidenti ilə birgə mətbuat konfransında Azərbaycanın 8 erməni hərbçini Ermənistana geri qaytarmasından danışıb.

Teref.az-ın APA-ya istinadən məlumatına görə, Makron ölkəsinin böhran mərkəzinin erməni hərbçilərin geri qaytarılmasını həyata keçirmək üçün təyyarə verdiyini bildirib: “Biz ötən cümə günü İlham Əliyev və Nikol Paşinyanla videokonfrans keçirdik. Həmin konfransda biz bu məsələni, itkin düşmüşlərlə bağlı, qaçqınlarla bağlı və digər məsələləri qaldırdıq. Bunlar da həmçinin sabitlik elementləridir. Biz prezident Putinlə danışıqlarımızda bir sıra məsələlərə birgə baxışımızı ifadə etdik. Rusiya hərbçilərinin Azərbaycan-Ermənistan sərhədində çətin dövrdə oynadığı vacib rolu alqışlamaq istəyirəm”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru