ABŞ Çində fəaliyyət göstərən 33 şirkəti sanksiya siyahısına daxil edib
8-02-2022, 08:35
ABŞ Maliyyə Nazirliyi Çində fəaliyyət göstərən 33 şirkəti sanksiya siyahısına daxil edib. “Report” xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda deyilir.
Bildirilib ki, bu şirkətlərin ABŞ-dan gətirilən mallardan necə istifadə edəcəyini müəyyən etmək mümkün olmadığı üçün belə bir addım atılıb.
“Bu malların qadağan olunmuş məqsədlər üçün istifadə oluna bilmə riski var”, - bəyanatda deyilir.