Moskva NATO-nun şərqə doğru genişlənməsinin qəti əleyhinədir, çünki bu, Rusiya üçün təhlükə yaradır

8-02-2022, 09:28           
Moskva NATO-nun şərqə doğru genişlənməsinin qəti əleyhinədir, çünki bu, Rusiya üçün təhlükə yaradır
“Moskva NATO-nun şərqə doğru genişlənməsinin qəti əleyhinədir, çünki bu, Rusiya üçün təhlükə yaradır”.

“Report” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla danışıqların yekunlarına dair birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, əgər Ukrayna NATO-ya daxil olarsa və Krıma hücum edərsə, o zaman Rusiya ilə alyans arasında münaqişə yaranacaq:

“Ukraynanın doktrina sənədlərində Krımın hərbi yolla qaytarılmasının mümkün olduğu bildirilirsə, təsəvvür edin ki, Ukrayna NATO-nun üzvüdür, bu o deməkdir ki, Rusiya ilə NATO arasında hərbi qarşıdurma yaranacaq. NATO ilə döyüşməliyik? Ancaq sualın ikinci hissəsi də var: Rusiya ilə döyüşmək istəyirsinizmi? Fransanın Rusiya ilə döyüşməsini istəyirsiniz? Amma belə də olacaq!”.

Putin vurğulayıb ki, Rusiyanın narahatlığını ümumi Avropa təhlükəsizliyi ilə bağlı məsələlər də diktə edir. Rusiyanın prezidenti hesab edir ki, Rusiya ilə NATO arasında hərbi münaqişə baş verərsə, qaliblər olmayacaq.

“Mən danışdım, amma çox istərdim ki, nəhayət məni eşidin və bunu internetdə oxucularınıza, izləyicilərinizə və istifadəçilərinizə çatdırasınız: başa düşürsünüzmü, ya yox ki, Ukrayna NATO-ya üzv olarsa və əgər Krımı hərbi yolla qaytarmaq istəsə, Avropa ölkələri avtomatik olaraq Rusiya ilə hərbi münaqişəyə cəlb olunmayacaq?. Qaliblər olmayacaq. Xatrıladım ki, Rusiya Federasiyası nüvə dövlətlərindən biridir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru