Çexiyanın Baş naziri: “Hökumətin və prezidentin Ukraynaya yardımla bağlı fikirləri fərqlidir”

8-02-2022, 11:05           
Çexiyanın Baş naziri:
“Ukraynaya hərbi yardım məsələsi ilə bağlı hökumətin və Çexiya Prezidenti Miloş Zemanın fikirləri fərqlidir, Nazirlər Kabinetinin bu istiqamətdə konkret hərəkətləri respublikanın bu ölkədəki vəziyyətə münasibətini nümayiş etdirir”.

“Report” xəbər verir ki, bu barədə Çexiyanın Baş naziri Petr Fiala jurnalistlərə açıqlama verib.

“Prezident Ukraynaya hərbi yardıma fərqli baxış formalaşdırıb. Lakin Çexiya vətəndaşları hökumətin konkret hərəkətlərini görürlər”, - deyə o qeyd edib.

Bir neçə gün əvvəl Nazirlər Kabineti 4000-dən çox 152 mm çaplı artilleriya mərmisinin Ukraynaya təmənnasız verilməsini təsdiqləyib. Onlar haubitsalar üçün istifadə olunur. Bazar günü Zeman Kiyev hakimiyyətinin “sursat verməməli, satmalı” fikrini bildirib.

P. Fiala əlavə edib ki, Çexiya Ukraynadakı vəziyyətin sülh yolu ilə nizamlanmasına nail olunmasının zəruriliyini açıq şəkildə bəyan edib. O, həmçinin deyib ki, Çexiya Ukraynanı dəstəkləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru