Rusiya hərbi gəmilərini təlim üçün Qara dənizə yolladı

8-02-2022, 18:03           
Rusiya hərbi gəmilərini təlim üçün Qara dənizə yolladı
Rusiyanın Baltik və Şimal donanmasının altı böyük desant gəmisi Aralıq dənizindən Qara dənizə doğru hərəkət edir.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Onların təlimlərdə iştirak edəcəkləri qeyd edilir:

“Rusiya Hərbi Dəniz Qüvvələrinin iri desant gəmilərindən ibarət bir dəstə Bosfor və Dardanel boğazlarından keçməyə başlayıb. Gəmilər Aralıq dənizindən Qara dənizə keçid edir. Gəmilər orada dəniz təlimlərində iştirak edəcəklər”.

Əlavə edilib ki, hazırda “Korolev”, “Minsk” və “Kalininqrad” iri desant gəmilərinin ekipajları Dardanel boğazındadır. Desant gəmiləri “Pyotr Morqunov”, “Georgi Pobedonosets” və “Oleneqorskiy qornyak” növbəti gün Qara dəniz boğazlarından keçəcək.

Mənbə: İnterfaks












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru