Çin ABŞ-a 1 saata uçacaq təyyarə hazırladı

8-02-2022, 18:10           
Çin ABŞ-a 1 saata uçacaq təyyarə hazırladı
Çinin “Space Transportation” (Lingkong Tianxing Technology) startapı 2030-cu ildə ABŞ-a 1 saata uçacaq hipersəsli raket-təyyarə hazırlayıb.

Axar.az xəbər verir ki, sözügedən təyyarə həm ölkələrarası səfərlər, həm də kosmik turizm üçün istifadə oluna bilər.

2019-cu ildən raket mühərriklərinin prototipləri sınaqdan keçirilib. Son prototip 2023-2025-ci illər arasında ilk real sınaqlarını keçirə biləcək. Sərnişinlərlə ilk uçuşun 2024-cü ildə həyata keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, bu sahədə Rusiya və ABŞ kimi ölkələri qabaqlayan Çin uzun müddətdir ki, raketlər və hipersəs planerləri ilə təcrübələr aparır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru