Bu ölkələrdə “iPhone” satışı qadağan oluna bilər

9-02-2022, 00:01           
Bu ölkələrdə “iPhone” satışı qadağan oluna bilər
“Ericsson” şirkəti smartfonlarda 5G texnologiyasından istifadə edən “Apple”a qarşı patent hüquqlarının pozulması ilə bağlı iddia qaldırıb. Vurğulanır ki, istehsalçı bəzi ölkələrdə “iPhone” satışının qadağan olunmasını tələb edir.

TED.az xəbər verir ki, son məlumatlara görə, “iPhone” satışı Braziliya, Hollandiya, Almaniya və Belçikada qadağan oluna bilər. ekspertlər növbəti sırada Böyük Britaniya və digər Avropa ölkələrinin gəldiyini hesab edirlər.

Problem “Apple”ın “Ericsson” patentlərini müddəti bitdikdən sonra yeniləmədiyi üçün yaranıb. Amerika korporasiyası lisenziya haqqının azaldılmasına nail olmağa çalışsa da, “Ericsson” bu şərtlə razılaşmayıb.

Qeyd etmək lazımdır ki, bu cür məhkəmə çəkişmələri adətən kifayət qədər uzun müddət davam edir. Bu, şirkətlərin gələcək əməkdaşlıq haqqında razılaşdıqları şərtlərdən asılıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru